Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 29-cu turunun oyun cədvəli müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti turun oyunları üç gün ərzində keçiriləcək. Turun ilk beş oyunu mayın 16-da baş tutacaq. Ayın 17-də və 18-də isə bir qarşılaşma keçiriləcək.
Birinci Divizion
29-cu tur
16 may
“Neftçi-2” – “Araz Naxçıvan”
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“Qarabağ-2” – “Turan Tovuz-2”
Binə qəsəbə stadionu, 16:30.
“Zaqatala” – “Qəbələ-2”
Zaqatala OİK stadionu, 16:30.
“Səbail-2” – MOİK
Bakı. “ASCO Arena”, 16:30.
“Qaradağ Lökbatan” – “Mingəçevir”
Lökbatan OİK stadionu, 16:30.
17 may
“Sumqayıt-2” – “Şamaxı-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.
18 may
“İmişlı” – “Zirə-2”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.


