Birinci Divizionda 3-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü turun təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 6-7 sentyabrda keçiriləcək.

İlk oyun günündə üç qarşılaşma baş tutacaq. Tovuzda “Turan Tovuz”la “Sumqayıt”ın əvəzediciləri, Qəbələdə isə “Qəbələ” və “Kəpəz”in əvəzediciləri üz-üzə gələcək. Naxçıvanda da “Araz Naxçıvan” “Şamaxı”nın ikinci komandasını sınağa çəkəcək.

Sonuncu oyun günündə MOİK Binə qəsəbəsində “İmişli”ni, “Qaradağ Lökbatan” isə Lökbatanda “Zaqatala”nı qəbul edəcək. “Qarabağ”ın əvəzediciləri bu turda “Mingəçevir”in qonağı olacaq. Nəhayət turun son matçında “Səbail” və “Neftçi”nin əvəzediciləri qarşılaşacaq.

Birinci Divizion
3-cü tur
6 sentyabr

“Turan Tovuz-2” – “Sumqayıt-2”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
Tovuz şəhər stadionu, 16:00.

“Qəbələ-2” – “Kəpəz-2”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30.

“Araz Naxçıvan” – “Şamaxı-2”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Naxçıvan Muxtar Respublika stadionu, 16:30.

7 sentyabr

MOİK – “İmişli”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Nicat İsmayıllı
Hakim-inspektor: Zöhrab Qədiyev
Binə qəsəbə stadionu, 16:30.

“Mingəçevir” – “Qarabağ-2”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.

“Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Gülağa Cabarov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Səbail-2” – “Neftçi-2”
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov.
Hakim-inspektor: Babək Quliyev.
“ASCO Arena”, 17:00.