Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun “Keşlə-2” – “Qəbələ-2” matçının vaxtı dəyişdirilib.
“Qəbələ” U-19 komandasının UEFA Gənclər Liqasına daha yaxşı hazırlaşması məqsədi ilə “Qəbələ” klubunun müraciəti, “Keşlə”nin rəsmi razılığı əsasında “Keşlə-2” – “Qəbələ-2” oyunu 28 sentyabr tarixdən 4 oktyabr tarixə keçirilib. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Digər oyunlar isə əvvəlcədən nəzərdə tutulan tarixdə keçiriləcək. 3-cü turun proqramı belədir:
Birinci Divizion
3-cü tur
28 sentyabr
Kəpəz – Qarabağ-2
Gəncə şəhər stadionu, 15:00
Neftçi-2 – Qaradağ Lökbatan
“Neftçi” klubunun bazası (ehtiyat meydança), 16:00
29 sentyabr
Turan Tovuz – Sabah-2
Tovuz şəhər stadionu, 15:00
Səbail-2 – Zaqatala
“ASCO Arena”, 16:00
Zirə-2 – MOİK
“ASK Arena”, 15:00
4 oktyabr
Keşlə-2 – Qəbələ-2
“ASK Arena”, 15:00