Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 28 və 29 sentyabrda keçiriləcək.
İlk oyun günündə dörd qarşılaşma baş tutub. “Araz Naxçıvan” “Sumqayıt”ın, MOİK “Kəpəz”in, “Mingəçevir” isə “Şamaxı”nın əvəzedicilərini qəbul edəcək. Günün daha bir matçı “Qəbələ” və “Zirə”nin əvəzediciləri arasında baş tutacaq.
Sonuncu oyun günündə “Qaradağ Lökbatan” “İmişli” ilə üz-üzə gələcək. “Neftçi”nin ikinci komandası “Zaqatala”nı qəbul edəcək. Daha bir oyun isə “Səbail”lə “Qarabağ”ın əvəzediciləri arasında baş tutacaq.
Birinci Divizion
5-ci tur
28 sentyabr
“Qəbələ-2” – “Zirə-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30.
“Araz Naxçıvan” – “Sumqayıt-2”
Naxçıvan Muxtar Respublika stadionu, 15:30.
MOİK – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 15:30.
“Mingəçevir” – “Şamaxı-2”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.
29 sentyabr
“Qaradağ Lökbatan” – “İmişli”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Səbail-2” – “Qarabağ-2”
Bakı. “ASCO Arena”, 16:00.
“Neftçi-2” – “Zaqatala”
Bakı. Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.