Birinci Divizionda 6-cı turun oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 26-27 oktyabrda keçiriləcək.

İlk oyun günündə “Qaradağ Lökbatan” “Səbail”in əvəzedicilərini qəbul edəcəksə, MOİK səfərdə “Sabah”ın ikinci komandası ilə üz-üzə gələcək. Həmin gün “Qəbələ” və “Zirə”nin əvəzediciləri də qarşılaşacaq.

Sonuncu gündə isə “Kəpəz” “Neftçi”nin əvəzedicilərini qəbul edəcəkə, “Turan Tovuz” səfərdə “Qarabağ-2” ilə qarşılaşacaq. “Sumqayıt”ın əvəzediciləri də “Keşlə”nin ikinci komandasını qəbul edəcək.

Birinci Divizion
6-cı tur
26 oktyabr

“Qaradağ Lökbatan” – “Səbail-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Sabah-2” – MOİK
Binə qəsəbə stadionu, 14:30.

“Qəbələ-2” – “Zirə-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

27 oktyabr

“Sumqayıt-2” – “Keşlə-2”
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Turan Tovuz”
Binə qəsəbə stadionu, 14:30.

“Kəpəz” – “Neftçi-2”
Gəncə şəhər stadionu, 14:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: