Birinci Divizionda 7-ci turun hakim təyinatları bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci turun təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

7-ci turun qarşılaşmaları 11 və 12 oktyabrda keçiriləcək. İlk oyun günündə 3, sonuncu matç günündə isə 4 qarşılaşma baş tutacaq.

Qarşılaşmalara təyinat almış hakimlər və hakim-inspektorların siyahısı belədir:

Birinci Divizion
7-ci tur
11 oktyabr

MOİK – “Zirə-2”
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Anar Bədəlov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
Binə qəsəbə stadionu, 15:00.

“Mingəçevir” – “Sumqayıt-2”
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Taleh Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Kəpəz-2”
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 oktyabr

“Səbail-2” – “Şamaxı-2”
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
“ASCO Arena”, 14:00.

“Zaqatala” – “Qarabağ-2”
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, İrşad Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Neftçi-2” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Araz Naxçıvan” – “Turan Tovuz-2”
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Elmin Süleymanov, İslam Məmmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Naxçıvan Muxtar Respublika stadionu, 16:30.