Birinci Divizionda 8-ci turun oyun cədvəli bilindi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 18 və 19 oktyabrda keçiriləcək.

İlk oyun günündə dörd matç baş tutacaqsa, qalan üç görüş sonuncu günə təsadüf edəcək.

“Sumqayıt”ın ev oyunlarını keçirdiyi arenanın yardımçı meydançasının süni ot örtüyünün dəyişdirilməsi ilə bağlı bu klubun müraciəti, “Qaradağ Lökbatan”ın razılığı ilə komandaların 1-ci və 2-ci dövrə oyunlarının yeri dəyişdirilib.

Birinci Divizion
8-ci tur
18 oktyabr

“İmişli” – “Zaqatala”
Saatlı OİK stadionu, 14:30.

“Şamaxı-2” – “Neftçi-2”
Şamaxı şəhər stadionu, 14:30.

“Kəpəz-2” – “Səbail-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Qaradağ Lökbatan” – “Sumqayıt-2”
Lökbatan OİK stadionu, 14:30.

19 oktyabr

“Zirə-2” – “Mingəçevir”
“ASK Arena”, 13:00.

“Turan Tovuz-2” – MOİK
Tovuz şəhər stadionu, 14:30.

“Qəbələ-2” – “Araz Naxçıvan”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.