Birinci Divizionda ilk dəfə VAR sistemi tətbiq olundu

Futbol üzrə Azərbaycan Birinci Divizionunun 2022/2023 mövsümündə ilk dəfə VAR (video köməkçi hakim) sistemi tətbiq olunub. Arena.az xəbər verir ki, bu barədə AFFA-nən rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarını idarə etmək üçün hakimlərin VAR sertifikatını almaları zəruridir. Bununla əlaqədar cari mövsümdə ilk dəfə Birinci Divizionda da VAR sistemi tətbiq olunub.

Belə ki, ötən gün “Bayıl Arena”da keçirilmiş “Səbail”in əvəzedicilərdən ibarət komandası ilə MOİK arasındakı qarşılaşmanın baş hakimi Kamran Əliyev olub. Ona yan xətt hakimləri Asiman Əzizli və Kərim Zeynalov kömək ediblər. Video Köməkçi Hakim funksiyasını isə Emin Əliyev və İslam Məmmədov yerinə yetiriblər.

Xatırladaq ki, “Səbail-2” – MOİK matçında qapılara qol vurulmayıb – 0:0.