Birinci Divizionda mövsümün son turunun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün sonuncu – 30-cu turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, son turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

Mövsümün son oyunlarının proqramı belədir:

Birinci Divizion
30-cu tur
23 may

“Mingəçevir” – “Səbail-2”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

MOİK – “Neftçi-2”
Binə qəsəbə stadionu, 15:00.

“Araz Naxçıvan” – “Zaqatala”
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.

“Qəbələ-2” – “Qarabağ-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Turan Tovuz-2” – “İmişli”
Tovuz şəhər stadionu, 15:00.

“Sumqayıt-2” – “Kəpəz-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Zirə-2” – “Şamaxı-2”
Zirə İK stadionu, 16:00.