Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, qış fasiləsindən sonrakı ilk turun sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Qarabağ”ın əvəzediciləri doğma meydanda lider “Araz Naxçıvan”a uduzub. “Zaqatala” ilə MOİK-in görüşündə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. “Neftçi”nin əvəzediciləri “Mingəçevir” üzərində qələbəyə seviniblərsə, “Səbail”in ikinci komandası da “Qaradağ Lökbatan”la oyundan darmadağınla ayrılıb.
Beləliklə, 16 turdan sonra 35 xala malik “Araz Naxçıvan” vahid liderdir. “Turan Tovuz”la “Neftçi”nin əvəzediciləri 31 xalla 2-3-cü pillələri bölüşürlər. “Kəpəz”in ikinci komandası 26 xalla 4-cü pillədə qərarlaşıbsa, “Qəbələ” ilə “Səbail”in əvəzediciləri 24 xal toplayıb.
Birinci Divizion
16–cı tur
7 fevral
“Kəpəz-2” – “Zirə-2” 1:0
Qol: Elnur Cəfərov, 90.
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Şamaxı-2” – “Turan Tovuz-2” 2:3
Qol: Qurban Səfərov, 27. Tapdıq Əhmədov, 52 – Nazim Həsənzadə, 70. Akif Tağıyev, 71. Rəşad Əliyev, 82.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 14:00.
“İmişli” – “Qəbələ-2” 0:2
Qol: Rauf Məhərrəmov, 50. Xəyyam Məmmədli, 90+3.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Asif Abdullayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Saatlı OİK stadionu, 14:00.
8 fevral
“Qarabağ-2” – “Araz Naxçıvan” 1:2
Qol: Hüseyn Hüseynli, 13 – Orxan Əliyev, 63; 71.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Əli Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Binə qəsəbə stadionu, 14:00.
“Zaqatala” – MOİK 2:2
Qol: Bəhruz Teymurov, 83. Cəlal Cəbrayılov, 90+4 – Muxtar Nəzərli, 3. Elşən Veysov, 80.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zaqatala OİK stadionu, 14:00.
“Səbail-2” – “Qaradağ Lökbatan” 3:0
Qol: Elvin Valiiev, 9. Xəyal Bədirov, 26. Balamirzə Soltanov, 60.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Tural İbrahimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“ASCO Arena”, 14:00.
“Neftçi-2” – “Mingəçevir” 2:1
Qol: Aqşin Abazərov, 81; 88 – İbrahim Camalov, 41.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rasim Axundov, Rəsul Babayev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.


