Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 11-ci turunun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2024-cü ilin sonuncu turunun bütün oyunları bu gün baş tutacaq.
Birinci Liqa
11-ci tur
24 dekabr
“İmişli” – “Cəbrayıl”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
“Baku Sporting” – “Karvan”
Hakimlər: Rauf Allahverdiyev, Vuqar Bayramov, Aydın Bəxşiyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 14:00.
“Mingəçevir” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Difai” – MOİK
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.


