Birinci Liqa: 15-ci turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 15-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

15-ci tura fevralın 19-da start veriləcək. Turun qalan görüşləri isə ayın 20-də keçiriləcək.

Birinci Liqa
15-ci tur
19 fevral

“Cəbrayıl” – “Karvan”
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Orxan İbişov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Bayıl Arena”, 14:00.

MOİK – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 14:00.

“İmişli” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Niyaz Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

20 fevral

“Baku Sporting” – “Mingəçevir”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Elman Kərimov, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 13:30.

“Difai” – “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Xəbəri istədiklərinizlə paylaşın