Birinci Liqa: 16-cı turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 16-cı turunun oyunları üçün hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

16-cı tura bu gün keçiriləcək iki oyunla start veriləcək. Qalan üç qarşılaşma isə sabah baş tutacaq.

Birinci Liqa
16-cı tur
28 fevral

“İrəvan” – MOİK
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Bakı. “ASK Arena”, 13:00.

“Şamaxı” – “Zaqatala”
Hakimlər: Kamran Əliyev, Cəmil Quliyev, Anar Bədəlov, Əkbər Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.

29 fevral

“Mingəçevir” – “Difai Ağsu”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zakir Şükürzadə, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“İmişli” – “Karvan”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Araz Saatlı” – “Qaradağ Lökbatan”
Hakimlər: Cavid Cəlilov, Sənan Atayev, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Saatlı OİK stadionu, 15:00.