Birinci Liqa: 26-cı turun 3 oyunun hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 26-cı turunun bu gün keçiriləcək 3 oyunu üçün təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 26-cı turun qalan iki oyunu sabah keçiriləcək. Bu oyunlara təyinatların da sabah açıqlanması gözlənilir.

Birinci Liqa
26-cı tur

15 may

“Difai Ağsu” – MOİK
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 17:00.

“Zaqatala” – “İrəvan”
Hakimlər: Rövşən Rəcəbov, Rəhman İmami, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala OİK stadionu, 17:00.

“Karvan” – “Mingəçevir”
Hakimlər: Elvin Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu, 17:00.

16 may

“Qaradağ Lökbatan” – “Şamaxı”
Lökbatan OİK stadionu, 17:00.

“Araz Saatlı” – “İmişli”
Saatlı OİK stadionu, 17:00.