Birinci Liqa: 5-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 5-ci turunun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Peşəkar Futbol Liqası tərəfindən Birinci Liqada cari mövsümdə ilk oyunu qəbul edəcək İmişli şəhər stadionuna görülmüş işlərin yerində yoxlanılması ilə bağlı baxış keçiriləcəyi də diqqətə çatdırılıb.

5-ci turun görüşləri 18-20 oktyabr aralığında keçiriləcək.

Birinci Liqa
5-ci tur
18 oktyabr

“İmişli” – “İrəvan”
İmişli şəhər stadionu, 15:00

19 oktyabr

“Qaradağ Lökbatan” – “Zaqatala”
Bakı. Neftçi Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Araz Saatlı” – “Difai Ağsu”
Saatlı OİK stadionu, 15:00.

“Karvan” – MOİK
Yevlax şəhər stadionu, 15:30.

20 oktyabr

“Şamaxı” – “Mingəçevir”
Şamaxı şəhər stadionu, 15:00.