Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
MOİK – “Difai” oyununda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. “Cəbrayıl” isə “İmişli” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.
Turun qalan görüşləri isə sentyabrın 26-da keçiriləcək.
Birinci Liqa
3-cü tur
25 sentyabr
“Cəbrayıl” – “İmişli” 0:2
Qollar: Pablo Enrike Alves, 45-pen. Seyxan Fərəcov, 90+2.
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Emin Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 13:30.
MOİK – “Difai” 2:2
Qollar: Mirəli Əhmədov, 65. Cavidan Abbaszadə, 81 – İlham Allahverdiyev, 24. Sənan Ağayev, 29.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Elmin Süleymanov, Rəsul Babayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
26 sentyabr
“Karvan” – “Baku Sportinq”
Hakimlər: Vüqar Həsənli, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Mahmud Bağırzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax şəhər stadionu, 16:00.
“Zaqatala” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Mirnihat Seyidov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qəbələ” – “Mingəçevir”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Asiman Əzizli, Niyaz Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 17:00.