Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 22-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Turun açılış oyununda “Cəbrayıl” “Mingəçevir” üzərində inamlı qələbəyə sevinib.
“Baku Sportinq” “Qaradağ Lökbatan”la ev oyununda tək qolla uduzub. “Difai” də oxşar hesabla “Zaqatala”nı məğlub edib.
22-ci turun görüşləri aprelin 18-də keçiriləcək.
Birinci Liqa
22-ci tur
17 aprel
“Cəbrayıl” – “Mingəçevir” 2:0
Qollar: Mirmövsüm Caniyev, 5. Okan Təhməzli, 71.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Bayıl Arena”, 13:00.
“Baku Sportinq” – “Qaradağ Lökbatan” 0:1
Qol: Bahadur Həziyev, 60.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 16:00.
“Difai” – “Zaqatala” 1:0
Qol: Kristian Kamta, 33.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
18 aprel
MOİK – “Karvan”
Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 16:00.
“İmişli” – “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.