Birinci Liqa: Lider büdrədi, “Şamaxı” zirvəyə şərik oldu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə çempionatın aşkar autsayderi “Araz Saatlı” ilə qarşılaşan “Zaqatala” xal itkisi ilə üzləşib.

Çempionatın lideri “Qaradağ Lökbatan” isə “Karvan”la ev oyunundan məğlubiyyətlə ayrılıb. Liderin büdrəməsindən maksimum yararlanan “Şamaxı” “İrəvan”la ev oyununda inamlı qələbə qazanmaqla zirvəyə yüksəlib.

Birinci Liqa
14-cü tur
14 fevral

“Mingəçevir” – MOİK 0:1
Qol: Ramil Orucov, 1.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Asif Abdullayev, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“İmişli” – “Difai Ağsu” 1:0
Qol: Elnur Cəfərov, 79.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
H.Əliyev adına İmişli şəhər stadionu, 15:00.

15 fevral

“Şamaxı” – “İrəvan” 2:0
Qollar: Abbas Ağazadə, 14. Ramin Əhmədov, 31.
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Rəhman Aslanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.

“Araz Saatlı” – “Zaqatala” 1:1
Qollar: Rəvan Əvəzov, 86 – Nizami Səmədov, 42.
Hakimlər: Səbuhi Bayramov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Saatlı OİK stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Karvan” 0:1
Qol: İzzət Müştaqov, 80.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan OİK stadionu, 15:00.