Birinci Liqa: MOİK-dən 7 cavabsız qol, “Şamaxı”dan heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “İrəvan”la qarşılaşan MOİK 7 cavabsız qolla qalib gəlib.

“Şamaxı” – “Zaqatala” oyununda isə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qalan üç qarşılaşması sabah baş tutacaq.

Birinci Liqa
16-cı tur
28 fevral

“İrəvan” – MOİK 0:7
Qollar: Elvin Valiiev, 22; 90+3. Sabir Allahquliyev, 27-pen; 63. Elmir Rəhimzadə, 66; 77; 90+2.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Bakı. “ASK Arena”, 13:00.

“Şamaxı” – “Zaqatala” 1:1
Qollar: Səbayıl Bağırov, 13 – Nicat Oruclu, 90+4.
Hakimlər: Kamran Əliyev, Cəmil Quliyev, Anar Bədəlov, Əkbər Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.

29 fevral

“Mingəçevir” – “Difai Ağsu”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zakir Şükürzadə, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“İmişli” – “Karvan”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Araz Saatlı” – “Qaradağ Lökbatan”
Hakimlər: Cavid Cəlilov, Sənan Atayev, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Saatlı OİK stadionu, 15:00.