Birinci Liqa: Mövsümün ilk matçında “Karvan” qalib gəldi

Bu gün keçirilən bir oyunla futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2024/2025-ci illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun Yevlax şəhərində keçirilib.

Yeni mövsümün açılış oyununda “Karvan” “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Rövşən Rəcəbov idarə etdiyi oyun Yevlax təmsilçisinin qələbəsiylə yekunlaşıb.

İlk turun qalan oyunları sentyabrın 12-də və 13-də keçiriləcək.

Birinci Liqa
1-ci tur
11 sentyabr

“Karvan” – “Qaradağ Lökbatan” 1:0
Qol: Roman Hüseynov, 63.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 17:00.

12 sentyabr

“Difai” – “Cəbrayıl”
Hakimlər: İslam Məmmədov, Mirnihat Seyidov, Orxan İbişov, Nazim Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“İmişli” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

13 sentyabr

MOİK – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Qəbələ” – “Zaqatala”
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.