Birinci Liqa: “Qəbələ” “Cəbrayıl”ı xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Mingəçevir” – “İmişli” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Zaqatala” – “Karvan” oyununda da qalib müəyyənləşməyib. Lider “Qəbələ” isə doğma medyanda “Cəbrayıl”ı 2 cavabsız qolla üstələyib.

Birinci Liqa
9-cu tur
11 dekabr

“Qaradağ Lökbatan” – MOİK 3:0
Qollar: Fərid Mahmudov, 42; 85. Samir Qurbanov, 78.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elman Musayev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Baku Sportinq” – “Difai” 0:2
Qollar: Məhəmməd Alfa, 9; 71.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Baku Sportinq Arena”, 14:00.

13 dekabr

“Zaqatala” – “Karvan” 2:2
Qollar: Sərxan Abdullayev, 50. Roini İsmayılov, 90+4-pen. – Peter Kinqs, 75; 88.
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Mingəçevir” – “İmişli” 0:0
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Qəbələ” – “Cəbrayıl” 2:0
Qollar: Salman Ələsgərov, 21. Oçe Oçoveçi, 23.
Hakimlər: Rəvan Həmzəzadə, Mirnihat Seyidov, Rasim Axundov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 15:00.