Birinci Liqa: “Qəbələ”yə ilk məğlubiyyəti “İmişli” yaşatdı

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə MOİK-lə qarşılaşmaış “Karvan” növbəti xal itkisi ilə üzləşib. “İmişli”nin qonağı olan lider “Qəbələ” isə minimal hesabla uduzub. Qələbə gələcəyi halda vaxtından öncə çempionluğu təmin etmək şansına malik olan “Qəbələ” cari mövsümdə ilk dəfə məğlubiyyətlə üzləşib.

Birinci Liqa
22-ci tur

17 aprel

“Cəbrayıl” – “Mingəçevir” 2:0
Qollar: Mirmövsüm Caniyev, 5. Okan Təhməzli, 71.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Bayıl Arena”, 13:00.

“Baku Sportinq” – “Qaradağ Lökbatan” 0:1
Qol: Bahadur Həziyev, 60.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 16:00.

“Difai” – “Zaqatala” 1:0
Qol: Kristian Kamta, 33.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

18 aprel

MOİK – “Karvan” 1:1
Qollar: İbrahim Əliyev, 29 – Ezekiel Morqan, 83.
Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 16:00.

“İmişli” – “Qəbələ” 1:0
Qol: Elmir Rəhimzadə, 7-pen.
Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.