Birinci Liqa: “Qaradağ Lökbatan” yenə büdrədi, “Karvan” sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Lider “Qaradağ Lökbatan” MOİK-lə səfər oyununda növbəti xal itkisi ilə üzləşib. “Karvan” isə “Araz Saatlı” ilə ev oyunundan qələbə ilə ayrılıb.

15-ci tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.

Xatırladaq ki, hazırda 29 xala malik “Qaradağ Lökbatan” vahid liderdir. “Şamaxı” 28 xalla ikincidir. 27 xala malik “Karvan” 3-cü pillədə qərarlaşıb.

Birinci Liqa
15-ci tur
21 fevral

MOİK – “Qaradağ Lökbatan” 2:2
Qollar: Elmir Rəhimzadə, 38; 90+9-pen – Fərid Mahmudov, 5. Rayan Gibero, 36.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“Karvan” – “Araz Saatlı” 1:0
Qol: Elvin İsmayılov, 80.
Hakimlər: Elvin Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yevlax şəhər stadionu, 15:00.

22 fevral

“İrəvan” – “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Aydın Baxşıyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”, 13:00.

“Zaqatala” – “İmişli”
Hakimlər: Nicat İsmayıllı, Asiman Əzizli, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala OİK stadionu, 14:00.

“Difai Ağsu” – “Şamaxı”
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 15:00.