Birinci Liqa: “Şəfa” büdrədi, “Səbail” 3 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Şimal” – MOİK matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Lider “Şəfa” autsayder “Difai”nin qonağı olub. Matç qolsuz bərabəriklə yekunlaşıb. Halbuki, “Şəfa” qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirəcəkdi. Amma sözügedən komanda bu şansı əldən verib.

Xatırladaq ki, reqlamentə əsasən, Birinci Liqada çempion olan komanda növbəti mövsüm üçün Pemyer Liqaya birbaşa vəsiqə qazanır.

Bu gün 2-ci yerdəki “Səbail” də “Zaqatala”nın qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Səbail” lider “Şəfa” ilə xal fərqini azaldıb.

25-ci tura mayın 7-də keçiriləcək “Cəbrayıl” – “Baku Sportinq” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
25-ci tur
5 may

“Şahdağ Qusar” – “Mingəçevir” 2:0
Qollar: Kvaku Adjey, 10. Aqostinyo Çipesse, 72.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

6 may

“Şimal” – MOİK 1:1
Qollar: Ange Donald Qla, 40 – Seyxan Fərəcov, 85
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Difai” – “Şəfa” 0:0
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Buzovna qəsəbə stadionu. 16:00.

“Zaqatala” – “Səbail” 0:3
Qollar: Afonso Almeyda, 20; 34. Paulo Rikardo, 81.
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

7 may

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: