Birinci Liqa: “Səbail” və “Şimal”dan səfər qələbəsi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Xankəndi” Şamaxıda qarşılaşdığı “Şahdağ Qusar”ı tək qolla məğlub edib. “Zaqatala” doğma meydanda “Səbail”ə, “Mingəçevir” isə “Şimal”a məğlub olub.

5-ci turun qalan görüşləri oktyabrın 16-da keçiriləcək.

Birinci Liqa
5-ci tur

15 oktyabr

“Zaqatala” – “Səbail” 1:3
Qollar: Əsədulla Heydərov, 89 – Samuel Nonqo, 13. Yan Said, 21. Aldo Qomes Soares, 24.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Xankəndi” – “Şahdağ Qusar” 1:0
Qol: Bəhruz Teymurov, 88.
Hakimlər: Səbuhi Bayramov, Rəhman Aslanov, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Mingəçevir” – “Şimal” 1:4
Qollar: Nemət Şıxamirov, 48 – Niyazi Osmanov, 37. Elşad Əliyev, 45+3. Gülalı Mehrəliyev, 87. Mustafa Niambele, 90+4.
Hakimlər: Mahmud Bağırzadə, Rasim Axundov, Samir Qaracayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

16 oktyabr

“Baku Sportinq” – MOİK
Hakimlər: Alik Yunusov, Sevda Nuriyeva, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Baku Sportinq Arena”, 15:00.

“Karvan” – “Gəncəbasar”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: