Birinci Liqa: “Şamaxı” liderə qalib gəldi, zirvəyə yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” evdə Şamaxının eyniadlı təmsilçisini qəbul edib. Digər görüşdə “İmişli” səfərdə “Araz Saatlı”nın qonağı olub. Hər iki oyun eyni saatda başlayıb. Bu oyunların nəticəsindən asılı olaraq, Birinci Liqanın çempionu müəyyənləşə bilərdi. Çempionluq şansları daha çox olan lökbatanlılar “Şamaxı”nı məğlub edəcəkləri təqdirdə cari mövsümün qalibi adını qazanacaqdı. Amma prinsipial qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb. “İmişli” isə autsayder “Araz Saatlı”ya uduzub.

Bu nəticələrin ardından “Şamaxı” xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. “Qaradağ Lökbatan” 53 xalla ikincidir. “Araz Saatlı” xal ehtiyatını 13-ə çatdırıb. “İmişli”nin isə 47 xalı var.

Qeyd edək ki, çempion komandanın adına sonuncu – 27-ci turda aydınlıq gələcək.

Birinci Liqa
26-cı tur

15 may

“Difai Ağsu” – MOİK 1:1
Qollar: Tahir Zeynalov, 34 – Nihad Qurbanlı, 85.
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 17:00.

“Zaqatala” – “İrəvan” 2:1
Qollar: Kevin Ozimo, 63. Roini İsmayılov, 85 – İmran Azaxov, 44.
Hakimlər: Rövşən Rəcəbov, Rəhman İmami, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala OİK stadionu, 17:00.

“Karvan” – “Mingəçevir” 1:0
Qol: Uensli Ondo, 74.
Hakimlər: Elvin Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu, 17:00.

16 may

“Qaradağ Lökbatan” – “Şamaxı” 2:3
Qollar: Seyxan Fərəcov, 14-pen. Xəlil Bəşirov, 40 – Emin Zamanov, 31-pen; 48; 52.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Lökbatan OİK stadionu, 17:00.

“Araz Saatlı” – “İmişli” 2:1
Qollar: Sequn Omotoşo, 64; 69 – Xəqani Sadıxov, 89.
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Aydın Baxşıyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Saatlı OİK stadionu, 17:00.