Birinci Liqa: “Zaqatala” və “Karvan”dan çətin qələbə

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Difai Ağsu” – MOİK oyununda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Üç qolun qeydə alındığı “Zaqatala” – “İrəvan” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Karvan” da “Mingəçevir”lə ev oyunundan qalib ayrılıb.

Qeyd edək ki, 26-cı turun qalan iki oyunu sabah keçiriləcək. Bu oyunlara təyinatları da sabah açıqlanacaq.

Birinci Liqa
26-cı tur

15 may

“Difai Ağsu” – MOİK 1:1
Qollar: Tahir Zeynalov, 34 – Nihad Qurbanlı, 85.
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 17:00.

“Zaqatala” – “İrəvan” 2:1
Qollar: Kevin Ozimo, 63. Roini İsmayılov, 85 – İmran Azaxov, 44.
Hakimlər: Rövşən Rəcəbov, Rəhman İmami, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala OİK stadionu, 17:00.

“Karvan” – “Mingəçevir” 1:0
Qol: Uensli Ondo, 74.
Hakimlər: Elvin Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu, 17:00.

16 may

“Qaradağ Lökbatan” – “Şamaxı”
Lökbatan OİK stadionu, 17:00.

“Araz Saatlı” – “İmişli”
Saatlı OİK stadionu, 17:00.