Blind Olmo ilə bağlı vəziyyətə görə “Barselona”nı tənqid etdi

Niderlandlı keçmiş futbolçu Danni Blind “Barselona”nı ispaniyalı yarımmüdafiəçisi Daniel Olmo ilə bağlı vəziyyətə görə tənqid edib.

Arena.az Blindin bu barədə fikrini təqdim edir:

“Niyə “Barselona” sadəcə oynamır və qaydalara əməl etmir? Büdcəniz 40 milyon avro məbləğindədirsə, nəyə görə 60 milyon avro məbləğində oyunçu ilə müqavilə bağlayırsınız? Onda, sadəcə “yox” deyin! Amma görürlər ki, “Real” son bir neçə ildə onları ötüb keçib, ona görə də oyunçu almaq istəyirlər”, deyə Deyli Blind qeyzlə bildirib.

Xatırladaq ki, Kataloniya klubu Olmonu İspaniya La Liqasının cari mövsümünün ikinci dövrəsi üçün qeydiyyata sala bilməyib. “Barselona” ardıcıl olaraq məkəmə və İspaniya La Liqası tərəfindən imtina cavabı alıb, ardınca isə “blauqrana”nın sikayət ərizələri rədd edilib. Hazırda Kataloniya klubu yaranmış vəziyyətdən çıxış yollarını arayır.

“Barselona” Daniel Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo cari mövsümdə “Barselona”nın heyətində 16 oyuna çıxıb, 6 qola və 1 məhsuldar ötürməyə imza atıb.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı Daniel Olmonun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.