“Bohum” Premyer Liqadan hücumçu gətirdi

Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Brayton” klubunun hücumçusu Yurgen Lokadiyanı heyətinə qatıb.

Bu barədə “Bohum”un rəsmi saytı məlumat yayıb. Almaniya klubu 28 yaşlı forvardı mövsümün sonuna kimi icarəyə götürüb.

Niderlandlı futbolçu 2018-ci ildən “Brayton”da çıxış edir. Həmin vaxt PSV-dən 17 milyon avroya transfer edilən forvard, daha öncə “Hoffenhaym” və “Çinçinnati” klubunda da icarədə çıxış edib.