Boks: Avropa birinciliyinə 24 idmançı ilə

Avqustun 3-də Bosniya və Herseqovinada məktəbli qızlar və oğlanlar arasında boks üzrə Avropa birinciliyi start götürəcək.

Arena.az xəbər verir ki, bu ölkənin Banya Luka şəhərində təşkil olunmuş yarış 8 gün davam edəcək.

Avropa birinciliyində Azərbaycan milli komandaları da mübarizə aparacaqlar. Bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yığmamız oğlanların yarışında 16 boksçu ilə təmsil olunacaq:

Sahib Baxışlı (40 kq)
Əli Abaslı (42 kq)
Ramiz Ağadadaşov (44 kq)
Oğuz İbrahimli (46 kq)
Tunar Mehtiyev (48 kq)
Yusif Həsənli (50 kq)
İbrahim Bədəlli (52 kq)
Adəm Aslanov (54 kq)
Anzor İsrafilov (57 kq)
Nurlan Müseyibli (60 kq)
Şükar Əliyev (63 kq)
Şahin Layıcov (66 kq)
İsmayıl Məmmədov (70 kq)
Mehran Rəsulov (75 kq)
Yusif Ağakişiyev (80 kq)
Uğur Həsənovla (90 kq).

Qızların mübarizəsində 8 boksçumuz rinqə çıxacaq:

Aysel Fərəcova (40 kq)
Ayşən Miriyeva (42 kq)
Saraxanım Səmədova (44 kq)
Sima İsmayılova (46 kq)
Cəmilə Muradlı (48 kq)
Kəmalə Həsənova (51 kq)
Səma Abbasova (60 kq)
Fidan Bəkərova (64 kq).

Avropa birinciliyində Qalib Əbiyev də hakimlər sırasında yer alacaq.