Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçmək üçün bu gün Qazaxıstana yola düşüb.
Arena.az xəbər verir ki, yığmamız məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatıda təlim-məşq toplanışı keçəcək.
Hazırlıqda əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə boksçular iştirak edəcəklər. Məşqçilər korpusu Qazaxıstanda 15 boksçunu sınaqdan keçirəcək. Yerli boksçularla hazırlıqda sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Azərbaycan millisi Qazaxıstana bu heyətlə yollanıb:
Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq)
Məsud Yusifzadə (51 kq)
Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq)
Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq)
Maqsud Xasmetov (60 kq)
Ruslan Rüstəmov (63,5 kq)
Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hər üçü 67 kq)
Mirşərif Kazımzadə (71 kq)
Kamran Şahsuvarlı (75 kq)
Seyid Seyidovu (86 kq)
Qeyd edək ki, bu gün start götürəcək toplanış fevralın 9-na qədər davam edəcək.