Boks: Azərbaycan millisi üçün Sombor sınağı

Bu gün Serbiyanın Sombor şəhərində qadınlar arasında təşkil olunmuş boks üzrə Millətlər Kuboku start götürəcək.

Arena.az xəbər verir ki, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Boks yığmamızın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (81 kq) böyüklərin yarışında mübarizə aparacaqlar. Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) isə gənclər arasında qüvvəsini sınayacaqlar.

Yarışda ölkəmizi Məsməxanım Səlimova isə hakim kimi təmsil edəcək.

Qeyd edək ki, Millətlər Kubokuna 10 ölkədən 102 boksçu qatılıb.