Azərbaycanlı mütəxəssis İlkin Ağayev qadınlardan ibarət boks üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, İlkin Ağayevin qarşısına qadın boksunun inkişafı, beynəlxalq arenada uğurlu çıxış məqsədi qoyulub.
36 yaşlı İlkin Ağayev boksçu karyerasında yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropa birinciliyində finala kimi yüksəlib. Dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi adını qazanmış gənc mütəxəssis 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərir. O, son 3 ildə məhz qadınlardan ibarət Azərbaycan yığmasında çalışıb.



