Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının növbəti mərhələsini Tailandda həyata keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamızın baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 4 üzvü Banqkoka yollanıb.
Hazırlıqda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər. Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.
Qeyd edək ki, toplanış 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.