Boks: Nicat Hüseynov lisenziya turnirinə qələbə ilə başladı

Bu gün İtaliyanın Busto Arsizio şəhərində təşkil olunmuş boks üzrə ilk Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

Arena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub.

İkiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Deepak Deepakı (Hindistan) sınağa çəkib. Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

Boksçumuz ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın 6-da baş tutacaq.

Qeyd edək ki, turnirin ikinci günündə boks üzrə Azərbaycan millisinin daha 2 üzvü rinqə çıxacaq.