Boks üzrə Azərbaycan millisi oktyabrın 8-də Monteneqronun Budva şəhərində start götürəcək Avropa kubokunda mübarizə aparacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 6 gün davam edəcək beynəlxalq turnirdə millimizin baş məşqçisi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 10 boksçumuz qüvvəsini sınayacaq:
Tural Sarıyev (48 kq)
Nicat Hüseynov (54 kq)
Şamil Əskərov (57 kq)
Tayfur Əliyev (60 kq)
Malik Həsənov (63,5 kq)
Sərxan Əliyev (71 kq)
Nəbi İsgəndərov (67 kq)
Mirşərif Kazımzadə (75 kq)
Eldar Quliyev (86 kq)
Rauf Rəhimov (92 kq)
Bu gün səfərə yollanan Azərbaycan millisi oktyabrın 16-da Bakıya qayıdacaq.
Qeyd edək ki, boks üzrə Avropa kubokunun püşkü oktyabrın 7-də atılacaq. Final döyüşləri isə ayın 14-də olacaq.