Azərbaycanın boks üzrə qadınlardan ibarət milli komandası Polşanın Pultusk şəhərində keçiriləəck beynəlxalq turnirdə iştirak edəcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, turnirdə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında 6 boksçumuz mübarizə aparacaq.
Qalib adı uğrunda bu boksçularımız yarışacaqlar: Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq).
Mayın 22-də start götürəcək turnir ayın 26-na qədər davam edəcək. Bu gün səfərə yollanan Azərbaycan yığması mayın 27-də Bakıya qayıdacaq.