Bonini “Yuventus”u tənqid etdi

“Yuventus”la üçqat İtaliya çempionu, sanmarinolu sabiq yarımmüdafiəçi Massimo Bonini “byankoneri”nin cari mövsümdəki çıxışını tənqid edib.

Arena.az ötən əsrin 80-ci illərinin ulduzunun bu barədə fikirlərini təqdim edir:

“Yuventus”da oyun təşkilatçılığı əskikdir. Oyunçulardan topsuz və mütəşəkkil oyun hərəkiliyi görmürəm. Topa sahibolma mərhələsində az axıcılıq və daha da az düşüncə var. O qədər ki, top tez-tez həmişə geri qayıdır. Elə oyunlar var ki, Qatti, Bremer və Danilo topu bir-birinə 25 dəfə ötürürlər, çünki heç kim hərəkət etmir (dalını tərpətmir). Mənim fikrimcə isə, “Yuventus”un yarımmüdafiəçiləri bəzilərinin zənn etdiyi qədər də pis deyillər”, deyə Bonini bildirib.

Hazırda Massimiliano Alleqrinin çalışdırdığı “Yuventus” İtaliya A Seriyasının 29 turundan 59 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. A Seriyasına 76 xalla “İnter” başçılıq edir. Yanvarda çempionluq uğrunda mübarizəyə qiyabi iddiaları olan “Qoca sinyora” indi Çempionlar Liqası bölgəsindən kənarda qalmağa nəzəri imkanları sahibdir.