İngiltərə Premyer Liqasının 3-cü turunda “Everton”a qarşı səfər oyununda 3:2 hesablı əzmkar qələbə “Bornmut” üçün əlamətdar olub.
Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, bu qələbə nəticəsində sözügedən klub İngiltərə Premyer Liqasında rekord müəyyənləşdirib.
Belə ki, “Bornmut” oyunun 87-ci dəqiqəsinə qədər 0:2 hesabı ilə geridə olub və qalan vaxt ərzində 3:2 hesablı geri-dönüşə nail ola bilib. Bu da İngiltərə Premyer Liqasının tarixində 0:2 hesabı ilə gerilikdən ən gec əzmkar geri-dönüş kimi əlamətdar olub.
3 turdan sonra “Bornmut” 5 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Xalsız “Everton” isə yarış cədvəlinin sonuncu, 20-ci pilləsində “külbaş” olub.
İngiltərə Premyer Liqasına 9 xalla “Mançester Siti” başçılıq edir.