Dortmund “Borussiya”sının azarkeşləri Çempionlar Liqasında aparılan islahatlara qarşı öz etiraz səslərini ucaldıblar.
Arena.az bu barədə ESPN şəbəkəsinə istinadən məlumat verir.
Dortmund klubunun azarkeşləri “Borussiya”nın “Siqnal İduna Park” stadionunda Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turu çərçivəsində baş tutmuş “Seltik”lə oyunda, UEFA-ya qarşı etiraz tədbiri həyata keçiriblər.
“Borussiya” azarkeşləri tribunalarda, üzərində “UEFA mafiyası” və “Sizi idman maraqlandırmır, sizi narahat edən – ancaq pullardır!” yazılı lövhə qaldırıblar.
Qaldırılmış digər bir lövhədə müvafiq vebsayta keçid əks edilib ki, bu da lövhələrin məzmununun Çempionlar Liqası islahatlarına qarşı istinad etdiyini açıq surətdə göstərib.
Qeyd edək ki, “Borussiya” bu oyunda 7:1 hesablı darmadağına sevinib. Amma azarkeşlərinin bu davranışına görə Almaniya klubunu cərimə gözləyir.
Xatırladaq ki, UEFA, cari mövsümdə Avrpanın ən mötəbər klub yarışının tərtibatında dəyişiklik edərək, yarışa daha 4 komandanı əlavə edib. Qrup mərhələsi ümumi liqa tərtibarının xeyrinə ləğv edilib. 36 iştirakçı komandanın hər biri isə yarışın birinci mərhələsində bir dəfə olmaqla, səkkiz rəqiblə oynayaraq, növbəti, ələmə mərhələsinə vəsiqə uğrunda mübarizə aparır.
Vurğulayaq ki, müvafiq tərtibat onsuz da sıx olan oyun təqvimini ifrat sıx hala gətirməklə yanaşı, oyunçuların mütəmadi zədə alması ilə nəticələnir. Oyn təqviminin sıxlığına qarşı futbol dünyasının nüfuzlu simaları – məşqçilər və oyunçular dəfələrlə çıxış etsələr də, onların etiraz səsləri UEFA məmurlarının kar qulaqlarından beyinlərinə çatmır.