“Borussiya” inamlı qələbəyə sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha altı qarşılaşma baş tutub.

“Frayburq” – “Leyptsiq” və “Borussiya” (Mönhenqladbax) – “Ştutqart” matçlarında qalib müəyyənləşməyib.

“Ayntraxt” evdə “Herta”ya, “Qroyter” isə “Bohum”a uduzub. “Union Berlin” “Volfsburq”u məğlub yola salıb. Dortmund “Borussiya”sı da “Maynts” üzərində inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası
8-ci tur
15 oktyabr

Hoffenhaym – Köln 5:0
Qol: Bebu, 31; 49. Baumqartner, 51. Qeyqer, 74. Poş, 87.

16 oktyabr

Ayntraxt – Herta 1:2
Qol: Pasiensiya, 78-pen – Rixter, 7. Ekkelenkamp, 63.

Borussiya (Dortmund) – Maynts 3:1
Qol: Roys, 3. Haland, 54-pen; 90+4 – Burkardt, 87.

Qroyter – Bohum 0:1
Qol: Losilla, 80.

Union Berlin – Volfsburq 2:0
Qol: Avoniyi, 49. Bekker, 83.

Frayburq – Leyptsiq 1:1
Qol: Yonq, 64 – Forsberq, 32.

Borussiya (Mönhenqladbax) – Ştutqart 1:1
Qol: Hofmann, 42 – Mavropanos, 15.

17 oktyabr

17:30. Bayer – Bayern
19:30. Auqsburq – Arminiya