“Borussiya” yetirməsi ilə yeni müqavilə bağladı

Almaniyanın “Borussiya” (Dortmund) klubu müdafiəçisi Feliks Passlak ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatacaqdı.

Passlak 2016-cı ildən “Borussiya”da çıxış edir. Alman müdafiəçi bu mövsüm Bundesliqada 6 oyuna çıxıb.

“Borussiya”nın öz yetirməsi olan futbolçu, əvvəlki mövsümlərdə “Hoffenhaym”, “Norviç Siti” və “Fortuna” (Sittard) komandalarında icarədə də oynayıb.