İsveçrəli futbol mütəxəssisi Xerardo Seoane Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. “Borussiya”nın idman direktoru Roland Virkus, Seoanenin son illərdə müxtəlif klublarda uğurlu fəaliyyət göstərdiyini söyləyib. O, isveçrəli mütəxəssisin “Borussiya”nın futbol mentalitetinə uyğun gənc, amma təcrübəli bir mütəxəssis olduğunu qeyd edib.
Xerardo Seoane son olaraq Almaniyanın digər klubu “Bayer”ə rəhbərlik edib. O, 2021-ci ilin iyulundan oktyabr ayına qədər çalışdırdığı Leverkuzen təmsilçisini 56 oyuna çıxarıb (26 qələbə, 10 heç-heçə, 20 məğlubiyyət).
Seoane daha öncə ölkəsində “Yanq Boyz” və “Lutsern” komandalarına da rəhbərlik edib. O, xüsusilə də “Yanq Boyz”la ardıcıl 3 dəfə İsveçrə çempionu olub.
Almaniya Bundesliqasında 2022/2023 mövsümünü 43 xalla 10-cu pillədə başa vurmuş “Borussiya” iyunun 2-də baş məşqçisi Daniel Farkeni istefaya göndərdiyini açıqlamışdı.