Futbol üzrə Meksika çempionatının 7-ci turu çərçivəsində keçirilmiş “Krus Asul” – “Toluka” matçında maraqlı hadisə yaşanıb.
Arena.az xəbər verir ki, görüşün 36-cı dəqiqəsində matçın baş hakimi meydan sahiblərinin qol vurmasını əngəlləyib.
Belə ki, 2:0 hesabıyla öndə olan “Krus Asul”un sürətli əks-hücumu zamanı top əvvəlcə dirəkdən qayıdıbsa, təkrar zərbə anında da hakim buna mane olub.
Referi Oskar Masias bu epizoddan sonra oyunu hakim atışı ilə davam etdirib.
“Krus Asul” bu oyunda 3:2 hesablı qələbəyə sevinib.