Məlum olduğu kimi, Böyük Britaniya və İrlandiya 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün UEFA tərəfindən rəsmi icazə alıblar.
Arena.az “The Times” nəşrinə istinadən məlumat verir ki, bu ölkələr turnirə ev sahibliyi etdikləri üçün əlavə 3 milyard avro qazanıblar.
Bu, 2012-ci il London Olimpiadasından sonra ilk dəfə Britaniya adalarında keçiriləcək ən böyük idman tədbiri olacaq. 24 komandanın iştirak edəcəyi turnir, 280 min azarkeşi cəlb etmiş AÇ-96-dan bəri Böyük Britaniyanın ən böyük beynəlxalq futbol tədbiri olacaq. 2028-ci il Avropa çempionatında oyunlar üçün təxminən 3 milyon bilet satılacaq və stadionların orta tutumu 58 min nəfər olacaq.
Turnir üçün UEFA-nın təqdim etdiyi ərizəyə əsasən, İngiltərə 28, Uels, Şotlandiya və İrlandiya hərəyə 6, Şimali İrlandiya isə 5 oyunun təşkilini icra edəcək.


