Fevralın 17-də İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək. Arena.az xəbər verir ki, Azərbaycan millisinin də sözügedən turnir üçün heyəti açıqlanıb.
Turnirdə yalnız kişi cüdoçuların iştirakı nəzərdə tutulub. Baş məşqçi Mövlud Mirəliyevin rəhbərliyi altında bu idmançılar ölkəmizi təmsil edəcək:
Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq)
Yaşar Nəcəfov (66 kq)
Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq)
Murad Fətiyev (81 kq)
Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq)
Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq)
Uşanqi Kokauri (+100 kq)
“Böyük Dəbilqə” turnirinə fevralın 19-da yekun vurulacaq.


