Martın 29-dan 31-nə qədər Türkiyənin Antalya şəhərində cüdo üzrə növbəti “Böyük Dəbilqə” turniri təşkil olunacaq.
Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 94 ölkədən 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Azərbaycanın yığma komandası yarışda 6 çəki dərəsində 9 idmançı ilə təmsil olunacaq.
Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və məşqçi Rüstəm Alimli rəhbərlik edəcəklər.
Qeyd edək ki, budəfəki “Böyük Dəbilqə” yarışında Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
-60 kq
Əhməd Yusifov
-66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev
-73 kq
Rəşid Məmmədəliyev
Vüsal Qələndərzadə
-81 kq
Ömər Rəcəbli
-90 kq
Vüqar Talıbov
+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov