“Böyük Dəbilqə”: Cüdo millimizin 13 üzvü üçün Ulan-Bator sınağı

İyunun 23-dən 25-nə qədər Monqolustanın paytaxtı Ulan-Bator şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.

Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə dünyanın 45 ölkəsindən 349 idmançı iştirak edəcək.

Azərbaycan milli yığma komandası yarışda 8 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımız mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayev rəhbərliyi altında çıxış edəcək.

İdmançılarımız 26 iyun – 1 iyul aralığında Ulan-Batorda təşkil olunacaq təlim-məşq toplanışına da qatılacaqlar.

Yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev “Böyük Dəbilqə” turnirinin ədalət təmsilçiləri arasında yer alacaq.

Bu yarışda iştirak etməli olan Gültac Məmmədəliyeva (-52 kq), Balabəy Ağayev, Turan Bayramov (hər ikisi -60 kq), Hidayət Heydərov (-73 kq) və Səid Mollayi (-81 kq) zədəli olduqlarına görə, yığmanın tibbi heyətinin qərarına əsasən heyətdən çıxarılıblar. Onların zədələri uzun müddətli deyil, müalicələrinə dərhal başlanılıb. İdmançılarımız iyul ayının əvvəlindən etibarən məşqlərə geri dönəcəklər və 4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək “Masters” turnirində iştirak edəcəklər.

Qadınlar

-48 kq
Leyla Əliyeva
Könül Əliyeva

-52 kq
Aydan Vəliyeva

Oğlanlar

-66 kq
Kəramət Hüseynov
Yaşar Nəcəfov

-73 kq
İbrahim Əliyev
Nurlan Osmanov

-81 kq
Zelim Tçkayev

-90 kq
Murad Fətiyev
Elcan Hacıyev

-100 kq
Zelim Kotsoyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov

Xəbəri sosial şəbəkələrdə paylaş: