Cüdo üzrə Azərbaycan milli komandasının gələn həftə Bakı şəhərində keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Arena.az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, yığmamız bu yarışda 33 idmançı ilə təmsil olunacaq.
Onlardan 22-si kişi, 11-i isə qadın cüdoçudur.
Xatırladaq ki, “Böyük dəbilqə” turniri fevralın 16-da başlayacaq. Ayın 18-nə qədər davam edəcək turnir Milli Gimnastika Arenasında keçiriləcək.
Hazırda 61 ölkənin yarışda iştirakı dəqiqdir.
Azərbaycan millisinin heyətində yer almış cüdoçuların siyahısını təqdim edirik:
Kişilər
60 kq: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov
66 kq: Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov
73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, İbrahim Əliyev
81 kq: Səid Mollayi, Zelim Tçkayev, Ömər Rəcəbli
90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov
100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov
+100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov
Qadınlar
48 kq: Leyla Əliyeva, Könül Əliyeva
52 kq: Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Xədicə Qədəşova
57 kq: Fidan Əlizadə, Açelya Toprak
63 kq: Aytac Qardaşxanlı
70 kq: Südabə Ağayeva, Günel Həsənli
+78 kq: Nigar Süleymanova


