“Böyük Dəbilqə”: Millimiz Antalyaya 16 cüdoçu ilə yollanır

Azərbaycan cüdoçuları martın 31-dən aprelin 2-dək Türkiyənin Antalya şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər. Arena.az xəbər verir ki, yığma komandamız qardaş ölkəyə bütövlükdə 16 cüdoçu ilə yollanacaq.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb. Üç gün davam edəcək turnirdə bütövlükdə 85 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan yığma komandası yarışda 9 çəki dərəsində 12 kişi və 4 qadın ilə təmsil olunacaq.

Cüdoçular performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.

Antalyadakı “Böyük Dəbilqə” turnirində bu cüdoçularımız mübarizə aparacaqlar:

Qadınlar

-48 kq
Leyla Əliyeva
Könül Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva

-57 kq
Fidan Əlizadə

Kişilər

-60 kq
Kəramət Hüseynov
Nazir Talıbov

-66 kq
Orxan Səfərov
Yaşar Nəcəfov

-73 kq
Hidayət Heydərov
Nurlan Osmanov

-81 kq
Səid Mollayi
Zelim Tçkayev

-90 kq
Məmmədəli Mehdiyev
Murad Fətiyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov

Xəbəri sosial şəbəkələrdə paylaş: